» » Dollar kəskin ucuzlaşdı


Dollar kəskin ucuzlaşdı

9-01-2016, 20:06
Oxunub: 773
Çap et
Bu gün dollar bazarında böyük çaşqınlıq yaşanır.
Dollar kəskin ucuzlaşdı
Valyutadəyişmə məntəqələrində dollar satışı dayanıb. "Exchange"lər ümumiyyətlə, bağlanıb. milliyyet.az "Musavat.com"-a istinadən xəbər verir ki, bu gün "28 May" küçəsində yerləşən valyutadəyişmə məntəqələrində müşahidə aparılıb.

Əvvəlcə əksər "exchange"lərin bağlandığı məlum olub. Açıq olan bəzi valyutadəyişmə məntəqələri isə yalnız dollar alışını həyata keçiriblər. Dolların alış qiyməti 1.56 manat təşkil edib. Bu isə dünənlə müqayisədə kəskin ucuzlaşma deməkdir. Qeyd edək ki, dollar dünən Bakıda 1.80 manata satılırdı.

"Kredit Yunayted Bank" və "Zaminbank"da dolların satış qiyməti isə 1.62 manat göstərilib. Lakin hər iki bankdan dollar satışı əməliyyatının dayandırıldığı bildirilib.

"Zaminbank"ın əməkdaşı həftənin birinci günü dolların satış qiymətinin 1.62 manat olacağını və həmin gün dollar almaq üçün müraciət edilməsini məsləhət görüb.

Qeyd edək ki, dünən - yanvarın 8-də dollarin qiyməti gün ərzində 3 dəfə sürətlə yüksəlmişdi. Gün sonunda dollar 1.86 manatadək bahalaşmışdı.

Onu da əlavə edək ki, dünən banklarda dollar satışına limit qoyulub. 500 dollardan artıq alan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunurdu. Bir nəfərə isə 1000 dollardan artıq verilmirdi.

Xatırladaq ki, Mərkəzi Bank 8 yanvar üçün dolların məzənnəsini 1.564 manat olaraq göstərmişdi.



Reytinq: