» » Kreditlərin silinməsi ilə bağlı - YENİ TƏKLİFLƏR


Kreditlərin silinməsi ilə bağlı - YENİ TƏKLİFLƏR

30-06-2015, 11:25
Oxunub: 1584
Çap et
İqtisadçı alim Qubad İbadoğlu problemli borcların həllinə dair yeni təkliflər irəli sürüb.

Kreditlərin silinməsi ilə bağlı - YENİ TƏKLİFLƏRO, bu barədə özünün Facebook səhifəsində yazıb.
O bildirib ki, problemli kreditlərin silinməsi ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb. Onun fikrincə, ən əsas məsələ dövlətin həmin borcları silməsidir:

“Həqiqətən də müraciətlər və müzakirələr göstərir ki, xüsusilə də manatın devalvasiyasından sonra banklara və qeyri-bank kredit təşkilatlarına əsasən dollarla kredit borcu olanlar çıxılmaz vəziyyətə düşüb. Bəzi borcalanlar problemini həll etmək üçün yenidən banklara üz tutur və digər banklar qarşısındakı öhdəliklərini başqa banklardan götürdükləri yeni kreditlər hesabına həll etməyə çalışırlar. Əslində ödəmə qabliyyəti pis olanlara və ya olmayanlara banklar tərəfindən təkrar kredit verilməsi problemin müvəqqəti həllinə xidmət edir və nəticəni dəyişmir”.

Q.İbadoğlu rəsmi statistikaya əsasən qeyd edir ki, davamlı olaraq banklara olan problemli borcların həcmi çoxalır: “Əsasən kasıb vətəndaşlar çoxmərtəbəli borclarla özlərini yükləyərək, "quyunun dibi"nə düşürlər.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var ki, bu da ölkə əhalinin 26%-ni təşkil edir, yəni Azərbaycanda yaşayan hər 4 nəfərdən ən azı 1-nin banklara borcu var. Müqayisə üşün qeyd edək ki, son 1 il 6 ayda borcalanların siyahısına 600 min vətəndaş əlavə olunub. Bu sürətlə artımın müqabilində problemli kreditlərin də çoxalması mövcud problemin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir”.

İqtisadçı alim aşağıdakı təkliflərin ictimailəşməsini xahiş edib. Ekspert həmçinin qeyd edib ki, bu təkliflərin hər birinin reallaşması üçün qanunverciilikdə müvafiq dəyişikliklər edilməlidir.

1.Kredit və ya maliyyə üzrə ombudsman institutu yaradılsın. Bu institut müstəqil olarsa və müvafiq səlahiyyətlər əldə edərsə, borcalanların və kreditorların son zamanlar kütləvi sürətdə pozulan hüquqlarına dair məlumatların toplanması və onların həlli yollarının axtarılmasına töhfə verə bilər.

2."Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunuda dəyişiklik edilərək, onun subyektinə kommersiya təşkilatları (o cümlədən banklar və digər kredit təşkilatları) və qeyri-kommersiya təşkilatları ilə yanaşı fiziki şəxslər (vətəndaşlar) də əlavə olunsun və ya "Fiziki şəxslərin (vətəndaşların) müsflişməsi" haqqında ayrıca qanunun qəbul edilsin. Mövcud qanunvericilikdə işlədilən «borclu» anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmişədirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənərlərini məhkəməyə təqdim etsinlər. Məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən struktirlaşması planı və onların ödəmə qabliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla onlara 3 ilədən 5 ilədək kredit tətilləri verillsin. Beləliklə də məhkəmlərin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yarannmış xərclərin dövlət tərəfindən qarşılanması problemin həllinə töhfə olardı. Bu təklifin reallaşması "parnik banklar"ı da düşdüyü böhranlı vəziyyətdən çıxara bilər.

3. Ümidsiz borclar dövlət tərəfindən alınsın. Bu məqsədlə Mərkəzi Bank nəzdində "Şübhəli və ümidsiz borclar üzrə Agentlik" yaradılsın. Bu agentlik kommersiya bankların və qeyri-bank kredit təşkilatlarının bu kateqoriyadan olan borclarını satın almaqla onlarla şirkətlər və vətəndaşlar arasında olan kreditor münasibətlərinin həllinə yardım edə bilər.

Q.İbadoğlu vurğulayır ki, bu təkliflərin reallaşması ümumi kontekstdə bank və müştəri böhranının həllinə, maliiyə və kredit sisteminin, bütövlükdə isə iqtisadiyyatın sabit inkişafına töhfə verə, fərdi planda isə vətəndaşların əmlakının banklar tərəfindən satışa çıxarılması, onların kreditor borclarını gecikdirdiklərinə görə dəbbə pulu (cərimə, penya) ilə "yüklənməsi" praktikasına son qoya bilər.



Reytinq: