» » Dollardan növbəti ucuzlaşma


Dollardan növbəti ucuzlaşma

4-06-2015, 10:12
Oxunub: 662
Çap et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub
Dollardan növbəti ucuzlaşma


milliyyet.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb. Belə ki, ötən gün 1.0484 olan 1 ABŞ dolları manat qarşısında ucuzlaşaraq 1.0479-a bərabər olub.

Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1696-dan 1.1808 manata kimi yüksəlib.

Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri azalaraq 0.0199-dan 0.0193-ə düşüb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.



Reytinq: