» » Neftin qiyməti düşdü


Neftin qiyməti düşdü

22-05-2015, 07:58
Oxunub: 689
Çap et
Dünya bazarında "qara qızıl"ın qiyməti tədricən düşməyə başlayıb
Neftin qiyməti düşdü
Neftin dünya bazarlarında qiyməti yenidən düşüb.

milliyyet.az-ın məlumatına görə, dünya bazarlarında ötən gündən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.08 dollar (0.13%) azalaraq 60.64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.21%) ucuzlaşaraq 64.40 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.



Reytinq: