» » Azərbaycan nefti bahalaşdı


Azərbaycan nefti bahalaşdı

2-04-2015, 20:47
Oxunub: 537
Çap et
Azərbaycan nefti bahalaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 58,47 dollar/barel təşkil edib.

milliyyet.az Trend-ə istinadən xəbər verir ki, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən nisbətən 1,51 dollar/barel artıb.

“Azeri Light” neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 57,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 1-də 53,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 1-də 55,57 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,58 dollar/barel çoxdur.



Reytinq: