» » Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb


Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

18-03-2015, 11:16
Oxunub: 645
Çap et
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,39 dollar yaxud 0,71% ucuzlaşıb. milliyyet.az xəbər verir bu barədə "Report"a istinadən Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 54,24 dollara bərabərdir.
Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 62,54 dollar/barel, dünən isə 54,63 dollar/barel olub.



Reytinq: