» » Azərbaycan nefti bahalaşdı


Azərbaycan nefti bahalaşdı

27-02-2015, 12:43
Oxunub: 791
Çap et
Azərbaycan nefti bahalaşdıDünya birjalarında digər markalı neftlərin qiyməti isə aşağı düşüb.
Dünya birjalarında neftin qiyməti aşağı düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında WTI markalı neftin bir barrelinin qiyməti 2,82 dollar azalaraq 48,17 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,58 dollar aşağı düşərək 60,05 dollar olub.

milliyyet.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən Azərtac-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,49 dollar artaraq 63,07 dollar təşkil edib.



Reytinq: