» » SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş var


SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş var

25-02-2015, 10:54
Oxunub: 623
Çap et
SOCAR-ın torpaq sahələri ilə bağlı məhkəmədə 20 minə yaxın iş varAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ona aid torpaq sahələrinin qanunsuz zəbt olunması halları ilə bağlı 20 minə yaxın iddia məhkəmə instansiyalarında baxılır. milliyyet.az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov deyib.
E.Orucovun sözlərinə görə, məhkəmələr hər ay 500-ə qədər iddianı araşdıracaq: " Hazırda bizim məhkəmələrdə 19 500 iddiamız var. Bu qədər iddianı bir dəfəyə məhkəmədə araşdırmaq mümkün deyil. Ona görə də, məhkəmələrlə razılaşmışıq ki, heç olmasa ayda 400-500 iddiaya baxılsın".
Hüquq İdarəsinin rəisi vətəndaşlara onları aldadan bələdiyyə yaxud başqa işbazlarla bağlı məhkəməyə müraciət etmək üçün hüquqi yardım təklif etdiklərini, lakin əksər hallarda onların bunu qəbul etmədiyini deyib: "Vətəndaşlar bu hüquqi yardımı qəbul etmir. Çünki onların əksəriyyəti əvvəldən bilir ki, hansı torpaqları alır və bu səbəbdən də məhkəməyə müraciət etməyi mənasız hesab edir".



Reytinq: