» » Telefonların da qiymətləri “uçdu” - 599 manatdan 850 manata


Telefonların da qiymətləri “uçdu” - 599 manatdan 850 manata

22-02-2015, 16:52
Oxunub: 2508
Çap et
Telefonların da qiymətləri “uçdu” - 599 manatdan 850 manata

Mərkəzi Bank manatın kəskin devalvasiyasına qərar verəndən sonra telefon qiymətləri də sürətlə artıb.

milliyyet.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Bakının əksər ticarət obyektləri kimi mobil telefon, ümumiyyətlə, elektron mallar satan mağazalar qiymətləri 30-35 faiz qaldırıb.

Belə ki, iki gün əvvəl 599 manata satılan “iPhone6” alıcılara bu gündən 850 manata təklif olunur.

10 ilə yaxındır “28 may” metrosunun yaxınlığında mobil telefon satışı ilə məşğul olan Anar Əliyevin sözlərinə görə dolların qalxması bütün malların qiymətinin yüksəlməsinə səbəb olub. Nokia, Samsung, iPhone, LG markal bütün telefonların qiyməti 30-35 faiz artıb.

“iPhone 6-nı iki gün əvvəl 599 manata satırdıq. Dünən günortadan sonra isə 850 manatdır. Topdansatış qiymətləri artdığından belə olub. Bütün telefonların qiyməti qalxıb. Amma iPhone 6-ya tələbat çox olduğundan qiyməıtini daha çox qaldırıblar. Mağazamızda yoxdur. Əgər müştəri istəyərsə, gətiririk. İki gündür satmamışıq”- deyə mağaza işçisi bildirir.

Mağazalarda olan planşetlərin,kompyuterlərin və bütövlükdə elktron malların qiyməti qalxıb.

Dünən “İrşad telecom”da 499 manat olan iPhone 5s (16gb) bu gün 684 manatdır.

Lakin satıcılar alıcı qabiliyyətinin demək olar ki, sıfıra düşdüyünü deyir.

Qeyd edək ki, bütün mağazalarda elktron malların qiyməti artıb. Bəzi mağazalarda bu qiymətlər arasında 10-20 manat fərqlilik var.



Reytinq: