» » Gömrük orqanları büdcə ödənişini azaldıb


Gömrük orqanları büdcə ödənişini azaldıb

12-12-2014, 11:57
Oxunub: 760
Çap et
Gömrük orqanları büdcə ödənişini azaldıb


Noyabr ayında dövlət büdcəsinə gömrük orqanlarından 121 mln. 874 min manat vəsait daxil olub.

milliyyet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayından 1,2 % azdır.

Ötən ay büdcəyə köçürülən vəsaitin 91%-i və ya 110 mln. 470 min manatı əlavə dəyər vergisi üzrə daxil olan vəsait olub.

Noyabrda gömrük rüsumu üzrə büdcəyə köçürülən məbləğ isə 5 mln. 706 min manat təşkil edib.

Hesabat ayında aksizlər üzrə 4 mln.344 min manat, yol vergisi üzrə isə 1 mln.353 min manat vəsait büdcəyə daxil olub.



Reytinq: