» » Azərbaycan Türkiyəyə 5 milyard dollar investisiya yatırıb


Azərbaycan Türkiyəyə 5 milyard dollar investisiya yatırıb

6-02-2015, 00:00
Oxunub: 458
Çap et
Azərbaycan Türkiyəyə 5 milyard dollar investisiya yatırıb

Türkiyədə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Azərbaycan Türkiyəyə 5 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycana 6,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

milliyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev türkiyəli həmkarı Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Şahin Mustafayev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaqdır.

Nazir həmçinin yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumların təşkil olunmasını təklif edib və bu barədə razılığa gəlinib.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci öz növbəsində deyib ki, iki ölkə arasında mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.



Reytinq: