2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır.
Bunu Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
O deyib ki, ötən beş ayda orta inflyasiya 3,2 faiz olub:
“Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib”.
E.Rüstəmovun sözlərinə görə, monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib:
“Ötən müddətdə pul bazasının artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub”.