» » Nazirdən orta aylıq əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR


Nazirdən orta aylıq əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

24-12-2017, 01:09
Oxunub: 355
Çap et
Nazirdən orta aylıq əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR


Növbəti ildə əmək pensiyalarının, aylıq əməkhaqqlarının artacağı gözlənilir.
Milliyet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir həmçinin gözlənilən yeniliklərdən də bəhs edib.
Nazirin sözlərinə görə, yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, 2018-ci ildə məşğulluq sahəsində maliyyələşdirmə üçün ayrılan xərclərin cari ildəkinə nisbətən 3,2 dəfə artırılmasına imkan verəcək.

Gələn il ərzində İşsizlikdən Sığorta Fonduna toplanması gözlənilən 89 mln manat vəsaitin 33,5 mln manatının işsizliyə görə sığorta ödənişlərinə, 35,8 mln manatının isə 7 minə yaxın ailənin bu proqramla əhatə olunmasına yönəldilməsi nəzərdə tutulur. Proqrama cəlb olunan ailələrdə orta hesabla 4-5 nəfərin olduğunu nəzərə alsaq, təkcə bu il ərzində özünüməşğulluq proqramının 5-6 min nəfər civarında insanın rifahında müsbət dəyişikliklərə şərait yaratdığını, gələn il isə əlavə olaraq, daha 30-35 min insanın yaşayışında yaxşılaşmaya imkan verəcəyini qeyd etmək olar.



Reytinq: