» » Rubl yenə öldü: nikbin gözləntilər doğrulmur


Rubl yenə öldü: nikbin gözləntilər doğrulmur

26-01-2015, 21:32
Oxunub: 692
Çap et
Rubl yenə öldü: nikbin gözləntilər doğrulmur

Rusiyada dollar və avronun məzənnəsi bu gün bir daha qalxıb və rublun iki gün davam edən güclənməsinə son qoyub.

milliyyet.az-ın Axar.az-a istinadən xəbər verir ki, bu gün – yanvarın 26-da dollar bahalaşaraq 65.3 rubla bərabər olub. Avro isə 73.3 rubla çatıb.

Yanvarın 23-də dollar 63.4, avro isə 71.9 rubl idi. Rublun güclənməsinə səbəb kimi Səudiyyə Ərəbistanı Kralı Abduləzizin ölməsi ilə neft qiymətlərinin cüzi də olsa bahalaşması göstərilirdi.

Xatırladaq ki, 2014-cü ilin yanvar tətili günlərində dolların rəsmi kursu 32.66, avro isə 45.05 rubl həcmində qeydə alınmışdı. Beləliklə, bir ildə dollar və avro 23 rubldan artıq bahalaşıb.

Rusiya Milli İnkişaf Nazirliyi 2015-ci il üçün neftin bir barrelini 80 dollar, dolların kursunu isə 49 rubl proqnozlaşdırıb. Bu həddən artıq optimist proqnozun özünü doğruldacağı isə sual altındadır.



Reytinq: