» » Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI


Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI

24-01-2015, 15:23
Oxunub: 525
Çap et
Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI

Şirkətin qərarı qüvvəyə mindi.

“Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətinin yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşması barədə qərarı qüvvəyə minib.

milliyyet.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılması nəzərdə tutulurdu:

- 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
- 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
- 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.



Reytinq: