» » Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib


Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib

23-01-2015, 10:57
Oxunub: 747
Çap et
Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib

Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 15 illik minimuma enib və 0,8897 manat təşkil edib.
milliyyet.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində analoji həddə, aşağı məzənnəsi 1999-cu ilin dekabr - 2000-ci ilin yanvar ayında qeydə alınıb.
Qeyd edək ki, həmin vaxt Azərbaycanda milli valyutanın denominasiyası hələ aparılmamışdır və o dövrün qiymət miqyasında həmin məzənnə 4 448,5 manat/avro təşkil edib.
Avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.
Xatırladaq kı, avro rəsmən 1999-cu il yanvarın 1-dən dövriyyəyə buraxılıb və ilk 3 il ərzində yalnız nağdsız hesablaşmalarda istifadə olunub və 1979-1998-ci illərdə istifadə edilən ECU-nu (European Currency Unit - Avropa Valyuta Vahidi) əvəz edib (1:1 miqyasında).
Rəsmi statistikaya əsasən, hazırda nağd dövriyyədə 951 mlrd. avro həcmində vahid Avropa valyutası mövcuddur və bu göstəriciyə görə, avro hətta ABŞ dollarını qabaqlayır.



Reytinq: