Hərracda dolların məzənnəsi daha da ucuzlaşdı » Milliyet.Az

Hərracda dolların məzənnəsi daha da ucuzlaşdı

Hərracda dolların məzənnəsi daha da ucuzlaşdı


Manatın orta çəkili məzənnəsi bugünkü hərracda 2,8% möhkəmlənib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 2,8% möhkəmlənib.

Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,8769 səviyyəsində müəyyən edib
  • Sosial şəbəkədə paylaş