» » Dövlət Komitəsi Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib


Dövlət Komitəsi Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib

20-01-2015, 18:27
Oxunub: 1798
Çap et
Dövlət Komitəsi Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib

Azərbaycana gətirilən mobil telefonların gömrük məntəqələrində saxlanılmasına aydınlıq gətirib.

milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, DGK sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanın gömrük orqanları mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı ciddi araşdırmalar aparır.

“Hazırda bu barədə danışmaq tezdir. Amma qeyd edilməlidir ki, xüsusilə poçt göndərişləri vasitəsi ilə eyni adda eyni aylarda və müxtəlif dövrlərdə müntəzəm olaraq mobil telefonların ölkəyə gətirilməsi nəticəsində vergidən yayınma faktları aşkar edilir. Bir ay ərzində ölkəyə 8 minə qədər bu cür telefon gətirilib. Bu da təbii ki, ölkənin vergitutma bazası olan gömrük orqanları qarşısında əsas məsələlərdən biridir ki, elektron ticarət vergidən azad olunmayıb. Elektron ticarət də vergiyə cəlb olunmalıdır. Sadəcə bu istiqamətdə müəyyən zamanlar ərzində araşdırmalar aparılır”, - deyə S. Mehdiyev bildirib.



Reytinq: