DataLife Engine > İdman > "Everton"un sabiq futbolçusu Premyer Liqamızda

"Everton"un sabiq futbolçusu Premyer Liqamızda


16-07-2019, 22:41. Разместил: sasaza
"Everton"un sabiq futbolçusu Premyer Liqamızda


"Qarabağ” klubu yay fasiləsində dördüncü transferini reallaşdırıb.
Ağdam təmsilçisi Maqaye Qeyeni heyətinə qatıb. 29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil.

Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçisi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.(Fanat.az)
Вернуться назад