DataLife Engine > İdman > Qrizmann “Atletiko”ya qayıdır – Rəsmi açıqlama

Qrizmann “Atletiko”ya qayıdır – Rəsmi açıqlama


7-07-2019, 23:53. Разместил: sasaza
Qrizmann “Atletiko”ya qayıdır – Rəsmi açıqlama


Mövsümün sonunda “Atletiko”dan ayrıldığı deyilən Fransa millisinin hücumçusu Antuan Qrizmannın “Barselona”ya keçəcəyi gözlənilsə də, bu transfer hələ ki, baş tutmayıb.
“Qafqazinfo” xəbər verir ki, Madrid klubu ulduz futbolçunun kataloniyalıların heyətinə keçidində problem olduğunu açıqlayıb.

Klubun rəsmi saytından verilən açıqlamada “Barselona”nın Qrizman üçün 120 milyon avronu hissə-hissə ödəməyi təklif etdiyi bildirilir. Elə bu səbəbdən tərəflər arasında razılıq əldə edilməyib. “Atletiko” Qrizmannın “Barselona”ya keçidinin baş tutmaması səbəbindən onun yenidən komandanın məşqlərinə qatılmasını tələb edib: “Antuan Qrizmann 14 may tarixində klubumuzun rəhbərliyinə və baş məşqçi Dieqo Simeoneyə komandadan ayrılmaq istədiyini bildirmişdi. Bundan sonra “Atletiko” klubu olaraq “Barselona” və futbolçu arasında mart ayında Çempionlar Liqasında “Yuventus”la oynadığımız ilk matçdan öncə razılaşma əldə edildiyini öyrəndik. Bu isə o deməkdir ki, onlar fevral ayının ortalarından danışıqlar aparır.

Dünən klubumuzun baş icraçı direktoru Migel Anxel Gil və “Barselona” rəsmisi Oskar Qrau arasında görüş olub. Katalon təmsilçisi Qrizmann üçün 120 milyon avronu hissə-hissə ödəmək fikrini irəli sürüb. Lakin biz bu təklifi rədd etdik.

“Atletiko” klubu olaraq bu halı mənfi qarşılayırıq. “Barselona” və Antuan Qrizmanın bizə və azarekşlərimizə hörmətsizlik etdiyini düşünürük.

Bu olanlardan sonra Qrizmanın bacısına və agentinə, həmçinin onun vəkilinə bildiririk ki, futbolçu bizimlə olan müqaviləsinə əsasən növbəti bazar günün klubun bazasında start götürəcək məşqlərə qoşulsun”.
Вернуться назад