DataLife Engine > İdman > Qurban Qurbanovun ilk sınağında qolsuz bərabərlik – VİDEO

Qurban Qurbanovun ilk sınağında qolsuz bərabərlik – VİDEO


31-01-2018, 00:04. Разместил: sehriyar
Qurban Qurbanovun ilk sınağında qolsuz bərabərlik – VİDEO


Futbol üzrə Azərbaycan yığması baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxıb.

Milliyet.Az-ın xəbərinə görə, Antalyada təlim-məşq toplantısında olan millimiz Moldova komandası ilə yoldaşlıq görüşü keçirib.

“Mardan” stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan və Moldova yığmaları indiyədək doqquz dəfə qarşılaşıblar. Bu oyunlardan dördü heç-heçə ilə yekunlaşıb, ikisində millimiz, üçündə isə Moldova komandası qalib gəlib.

Вернуться назад