DataLife Engine > İdman > Sona bir tur qalmış Şəhriyar Məmmədyarov büdrədi

Sona bir tur qalmış Şəhriyar Məmmədyarov büdrədi


28-01-2018, 16:09. Разместил: sehriyar
Sona bir tur qalmış Şəhriyar Məmmədyarov büdrədi


Hollandiyanın Veyk aan Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Stil Çes” (Tata Steel Chess) turniri davam edir.

12-ci turda qrossmeysterimiz Şəhriyar Məmmədyarov İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.

Bu nəticədən sonra hesabında 8 xal olan Şəhriyar Məmmədyarov turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İlik iki yeri isə norveçli Maqnus Karlsen və holland Aniş Giri bölüşdürürlər (8,5 xal).

Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. Sonuncu turun görüşləri yanvarın 28-də keçiriləcək.
Вернуться назад