DataLife Engine > İdman > İtaliyada transfer bombası partlayır

İtaliyada transfer bombası partlayır


23-01-2018, 22:15. Разместил: sehriyar
İtaliyada transfer bombası partlayır


Mario Balotelli İtaliyaya dönür. Fanat.Az xəbər verir ki, ulduz futbolçunu "Yuventus" heyətinə qatmağa hazırlaşır.

"The Sun"un məlumatına görə, 2016-cı ildə "Liverpul"dan azad agent kimi ayrılan və "Nitsa"ya transfer olunan Balotelli meneceri vasitəsi ilə "Yuventus"a təklif olunub. Turin klubu müqaviləsi yayda bitəcək ulduz futbolçu ilə 5 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, "İnter" 2006-cı ildə "Lumezzane"dən 360 min avroya aldığı Balotellini 4 il sonra "Mançester Siti"yə 29,5 milyona satıb. 2013-cü ildə "Milan" onu 20 milyon avroya alıb, bir il sonra "Liverpul"a eyni qiymətə satıb. Cari mövsümdə 24 rəsmi oyuna çıxan italiyalı ulduz 18 qol vurub və 1 məhsuldar ötürmə edib.

Вернуться назад