» » Kamran Ağayev rəsmən Portuqaliya klubunda - FOTO


Kamran Ağayev rəsmən Portuqaliya klubunda - FOTO

12-09-2016, 18:50
Oxunub: 660
Çap et
Kamran Ağayev rəsmən Portuqaliya klubunda - FOTO


Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, qolkiper karyerasını Portuqaliyada davam etdirəcək.

Belə ki, Kamran "Boavişta" klubuna keçib. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kamranın transferi üçün pul ödənməyib. Qolkiper sabahdan komandanın məşqlərinə qatılacaq. O, bu klubda milli komandamızın yeni üzvü Emin Mahmudovla birlikdə çıxış edəcək.

Qeyd edək ki, Kamran Ağayev "Şəfa"da başlayan karyerası ərzirdə "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "Kayserispor" və "Karşıyaka" klublarında çıxış edib.

Onun adı bir müddət əvvəl "Sumqayıt"ın PFL-dəki sifariş ərizəsinə salınmışdı.



Reytinq: