» » "Neftçi"də şok: rəhbərlik və baş məqşçi qovuldu


"Neftçi"də şok: rəhbərlik və baş məqşçi qovuldu

10-09-2016, 11:26
Oxunub: 451
Çap et
"Neftçi"də şok: rəhbərlik və baş məqşçi qovuldu
"Neftçi"də ciddi maliyyə problemi aşkarlanıb. Sport7.az-ın əldə etdiyi məlumata görə, klubda dəhşətli maliyyə yeyintisi üzə çıxarılıb.

Ötən gecə SOCAR rəhbərliyi "Neftçi"də təcili toplantı edib. Burada klubun transfer müqavilələrində saxta imzalar rastlandığı müzakirə edilib. Lakin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu imzaların ona aid olmadığını bildirib. Bu səbəbdən Elnur Məmmədovdan hesabat tələb olunub. O isə. öz növbəsində günahı Müşahidə Şurasının boynuna atıb.

Əldə etdiyimiz məlumata görə, Çingiz Abdullayevdən başqa hamı işdən uzaqlaşdırılıb. Göndərilənlər sırasına baş məşqçi Vəli Qasımov da daxildir.

Qeyd edək ki, bu səhər Vəli Qasımovun səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirildiyi və komandanı "Qəbələ" ilə matça çıxara bilməyəcəyi haqda xəbərlər yayılıb.



Reytinq: