» » ‘Qarabağ`a uduzan lüksemburqlulardan Bakıda stüardessaya əxlaqsız təklif – Təyyarədə dava düşdü (FOTO)


‘Qarabağ`a uduzan lüksemburqlulardan Bakıda stüardessaya əxlaqsız təklif – Təyyarədə dava düşdü (FOTO)

13-07-2016, 23:59
Oxunub: 865
Çap et
‘Qarabağ`a uduzan lüksemburqlulardan Bakıda stüardessaya əxlaqsız təklif – Təyyarədə dava düşdü (FOTO)


Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a məğlub olan Lüksemburqun "Düdelanj" klubunun futbolçuları Bakıdan geri qayıdarkən dava salıblar.

Bu barədə AZXEBER.COM-a hadisə şahidləri məlumat verib. “Lufthansa” hava şirkətinin təyyarəsi ilə geri dönən "Düdelanj"lı futbolçulardan biri təyyarədəki stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.

Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb.



Reytinq: