» » Polo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək


Polo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək

17-01-2015, 20:19
Oxunub: 659
Çap et
Polo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək

Bu il Bakıda atçılığın polo növü üzrə Avropa Çempionatı keçiriləcək. milliyyet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev bildirib.
O deyib ki, yarış sentyabr ayında "Elit" Atçılıq və Polo Klubunda təşkil olunacaq.
E. Quliyev, artıq Azərbaycanın polo üzrə yığma komandasının yaradılaraq uğurla çıxış etdiyini xatırladıb: "Ötən il Bakıda ilk dəfə polo üzrə yığma komandamız fəaliyyətə başlayıb. Bu komanda Bakıda təşkil olunmuş Dünya Kubokunda ABŞ yığmasını məğlub edərək gümüş medal qazanıb. Bu da bizim üçün böyük uğurdur".



Reytinq: