» » "Real"ın hədəfindəki 2 braziliyalı


"Real"ın hədəfindəki 2 braziliyalı

12-05-2016, 12:02
Oxunub: 530
Çap et
"Real"ın hədəfindəki 2 braziliyalı
"Real" iki braziliyalı futbolçu transfer etmək istəyir. Fanat.az xəbər verir ki, "Kral Klubu" "Santos"un formasını geyinən Qabriel Barbosa Almeyda və Lukas Limanı hədəfə alıb.

"Qabiqol" ləqəbli Qabriel Barbosa Almeydanın 19 yaşı var və hücumçudu. 2016-cı ildə keçirdiyi 17 oyunda 7 qol vuran futbolçuya "Transfermarkt" 12 milyon avro qiymət qoyub.

25 yaşlı Lukas Lima isə hücumameylli yarımmüdafiəçidi. 2014-cü ildə Braziliyanın "İnternasional" klubundan "Santos"a 1,26 milyon avroya transfer olunan futbolçuya hazırda "Transfermarkt" 9 milyon avro qiymət qoyub. O, bu il keçirdiyi 17 oyunda 2 qola imza atıb.



Reytinq: