» » Ruslar Azərbaycandan qisas ala bilmədi - FOTOLAR


Ruslar Azərbaycandan qisas ala bilmədi - FOTOLAR

25-03-2016, 00:32
Oxunub: 675
Çap et
Ruslar Azərbaycandan qisas ala bilmədi - FOTOLAR

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin növbəti oyunları keçirilir. Qaynar.info xəbər verir ki, VII qrupda yer alan Azərbaycan yığması səfərdə meydana çıxıb.

Millimiz Rusiya yığmasının qonağı olub. Rostovdakı “Olimp-2” stadionunda baş tutan qarşılaşmada 4 qol vurulub. Hesabı 46-cı dəqiqədə Daşqın İltərin künc zərbəsindən ötürməsini dəyərləndirən "Qarabağ"ın futbolçusu Mahir Mədətov açıb. Millimizin sevinci 5 dəqiqə çəkib və 51-ci dəqiqədə "Zenit"in müdafiəçisi İlya Zuyev eyni standard vəziyyətdən hesabı bərabərləşdirib. 56-cı dəqiqədə "Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Barinov meydan sahmblərini hesabda önə keçirib. Amma cəmi 3 dəqiqə sonra "Neftçi"nin mərkəz müdafiəçisi Rahil Məmmədov yenidən oyunda bərabərlik yaradıb. Yenə ötürmə Almaniyada oynayan İltərdən gəlib. Bundan sonra oyunda qol olmayıb və Azərbaycan yığması səfərdə bir xala sevinib - 2:2.

Qeyd edək ki, yığmamız ötən ilin 17 noyabrında evdə keçirdiyi oyunda Rusiyanı 3:0 hesabı ilə yenmişdi. Qrupdakı 8-ci oyununa çıxan millimiz 7 xal qazana bilib. Bundan əvvəlki oyunlarda Rusiyanı 3:0, Farer adalarını 1:0 hesabı ilə yenən komandamız qalan 5 matçda Avstriyaya (0:2, 0:7), Almaniyaya (0:3, 1:3) və Finlandiyaya (0:1) uduzub. Komandamız sentyabrın 9-da Farer adalarını qəbul edəcək, oktyabrın 7-də isə Finlandiyanın qonağı olacaq.

Bu oyun Rusiya millisinin baş məşqçisi Nikolay Pisarevin rəsmi oyunlarda debütü baxımından önəmli olub. O, yığmamıza 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Dmitri Xomuxanı əvəzləmişdi.

Bu matçda Rusiyanın heyətində 2 Azərbaycan əsilli futbolçu meydana çıxıb. Belə ki, "Zenit"in formasını geyinən hücumçu Ramil Şeydayev 90 dəqiqə meydanda olub, "Spartak"da çıxış edən yarımmüdafiəçi Ayaz Quliyev isə 61-ci dəqiqədə İlya Petrovu əvəzləyərək son 29 dəqiqədə oynayıb. Həmçinin Hollandiyanın "Vitess" klubunda çıxış edən erməni Arşak Koryan 70-ci dəqiqədə meydana çıxıb.

AVRO-2017 (U-21)
Seçmə mərhələ
VII qrup, 24 mart

Rusiya - Azərbaycan 2:2
Qollar: İlya Zuyev, 51 (ötürmə - Aleksandr Taşayev). Dmitri Barinov, 56 - Mahir Mədətov, 46 (ötürmə - Daşqın İltər). Rahil Məmmədov, 59 (ötürmə - Daşqın İltər).
Rusiya: 12. Mixail Borodko, 3. Vyaçeslav Karavayev, 4. Maksim Kuftin, 5. İlya Zuyev (k), 6. Dmitri Barinov, 8. Roman Zobnin, 9. Ramil Şeydayev, 14. Dmitri Yefremov (17. Aleksandr Zuyev, 77), 15. Dmitri Jivaqlyadov, 18. İlya Petrov (7. Ayaz Quliyev, 61), 22. Aleksandr Taşayev (13. Arşak Koryan, 70).
Ehtiyat oyunçular: 23. Denis Kavlinov, 2. Denis Yakuba, 11. Nikolay Komliçenko, 16. Aydar Lisinkov.
Baş məşqçi: Nikolay Pisarev.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. Daşqın İltər, 8. Elşən Abdulayev (10. Elnur Cəfərov, 78), 11. Mahir Mədətov (21. Dmitri Nağıyev, 90+2), 16. Elvin Camalov, 17. Abbas Hüseynov, 20. Azər Salahlı (k).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 9. Budaq Nəsirov, 13. Tural Hümbətov, 14. Ruslan Nəsirli, 18. Kamal Mirzəyev.
Baş məşqçi: Yaşar Vahabzadə.
Hakimlər: Tomaş Musial, Radoslav Seyka, Yakub Slusarski, Tomaş Kviatkovski (hamısı Polşa).
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).
Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya).
Rostov. “Olimp-2” stadionu.



Reytinq: