» » Qarabağ Realın sabiq ulduzunu TRANSFER EDİR


Qarabağ Realın sabiq ulduzunu TRANSFER EDİR

22-03-2016, 23:03
Oxunub: 590
Çap et
Qarabağ Realın sabiq ulduzunu TRANSFER EDİR

Qana yığmasının və Yunanıstanın “Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, İngiltərənin “Çelsi”, İspaniyanın “Real” (Madrid) və İtaliyanın “Milan” kubunun sabiq futbolçusu ilə Azərbaycanın “Qarabağ” klubu maraqlanır.

Qeyd edək ki, qanalı futbolçu karyerası ərzində Fransanın "Bastiya" (2000-2003), "Olimpik" (Lion, 2003-2005), İngiltərənin "Çelsi" (2005-2014), İspaniyanın "Real" (2012-2013) və İtanliyanın "Milan" (2014-2015) klublarında çıxış edib. 2015-ci ildən "Panatinaikos"da forma geyinən ulduz futbolçu Qana millisində 58 oyun keçirib və 9 qol vurub. 33 yaşlı yarımmüdafiəçi Fransa çempionluğunu (2 dəfə), kubokunu (2), İngiltərə çempionluğunu (2), Federasiya Kubokunu (4), Liqa Kubokunu (1), Super Kubokunu (1) və Çempionlar Liqasını (1) qazanıb.



Reytinq: