» » “Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salındı


“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salındı

20-03-2016, 22:11
Oxunub: 656
Çap et
“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salındı

Türkiyə superliqasının bu günə nəzərdə tutulan 26-cı turunun “Qalatasaray” – “Fənərbaxça” oyunu azarkeşlərin iştirakı olmadan keçiriləcək.

Ölkənin hüquq-mühafizə orqanları terror təhlükəsi səbəbindən son anda belə bir qərar verib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb.

Polisin bu qərarından sonra “Qalatasaray” oyunun təxirə salınması ilə əlaqədar Türkiyə Futbol Federasiyasına müraciət edib. Qol.az

***

Son məlumata görə, derbi, vaxtı və saatı hələ ki, bəlli olmayan bir günə təxirə salınıb. İstanbul meriyası “Qalatasaray” – “Fənərbaxça” oyununu ciddi bir kəşfiyyat məlumatı əldə etdikdən sonra təxirə salmağa qərar verib.



Reytinq: