» » Ronaldo-Messi mübahisəsi ölümə səbəb oldu


Ronaldo-Messi mübahisəsi ölümə səbəb oldu

7-03-2016, 22:31
Oxunub: 831
Çap et
Ronaldo-Messi mübahisəsi ölümə səbəb oldu
Dünyanın ən yaxşı futbolçuları sırasında göstərilən Kriştiano Ronaldo ilə Lionel Messinin mübahisəsi ölümlə nəticələnib.

Hadisə Hindistanın Bombey şəhərində baş verib.

Nigeriya əsilli iki gənc dost arasında “Messi, yoxsa Ronaldo?” mübahisəsi başlayıb.

Nəticədə Ronaldonun fanatı olan şəxs Messi azarkeşi olan dostunu qətlə yetirib. Cinayətkar hadisə yerindən qaçsa da, çox keçmədən polis tərəfindən saxlanılıb.

qol.az



Reytinq: