» » “Qəbələ” futbol komandası Antalyada yoxlama oyununda məğlub olub


“Qəbələ” futbol komandası Antalyada yoxlama oyununda məğlub olub

15-01-2015, 13:25
Oxunub: 419
Çap et
“Qəbələ” futbol komandası Antalyada yoxlama oyununda məğlub olub

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.

milliyyet.az xəbər verir ki, Klubdan AzərTAc-a bildiriblər ki, ilk matçda PSV-nin (Hollandiya) ikinci komandası ilə qarşılaşan (0:0) “Qəbələ” bu dəfə Türkiyə təmsilçisi “Eskişehirspor” ilə üz-üzə gəlib.

Güclü yağışın müşayiəti ilə keçən matçda “Eskişehirspor” üstün tərəf olub. “Qəbələ” rəqibin üç qoluna yalnız bir topla cavab verə bilib. Bununla da baş məşqçi Roman Qriqorçukun komandası Antalyada ilk məğlubiyyətini alıb – 1:3.

“Qəbələ” növbəti yoxlama görüşünü yanvarın 17-də “Vorskla”ya (Poltava, Ukrayna) qarşı keçirəcək.



Reytinq: