» » Bakıda daha bir Avropa çempionatı keçiriləcək - 2018-ci ildə


Bakıda daha bir Avropa çempionatı keçiriləcək - 2018-ci ildə

25-01-2016, 16:12
Oxunub: 685
Çap et
2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı Bakıya etibar olunub.
Bakıda daha bir Avropa çempionatı keçiriləcək - 2018-ci ildə
Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.

Azərbaycan bunadək idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışlarını qəbul edəcək. Bədii gimnastika üzrə analoji turnir isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.




Reytinq: