» » Sumqayıt samboçuları ölkə çempionatında 8 medal qazanıblar


Sumqayıt samboçuları ölkə çempionatında 8 medal qazanıblar

13-01-2015, 18:23
Oxunub: 485
Çap et
Sumqayıt samboçuları ölkə çempionatında 8 medal qazanıblar

Şağan Olimpiya İdman Kompleksində keçirilən kişilər arasında sambo üzrə Azərbaycan çempionatında iştirak edən Sumqayıt idmançıları müxtəlif əyarlı 8 medal qazanıblar.

milliyyet.az AzərTAc-a istinadən bildirir ki, ölkənin müxtəlif regionlarını təmsil edən 200-ə yaxın idmançının qatıldığı çempionatda Sumqayıt samboçuları Röyal Dünyamalıyev (57 kiloqram), Emin Qulamov (68 kq) və Azad Zahidov (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sumqayıtın digər təmsilçiləri - Pərviz Şükürov (68 kq) gümüş, Ramil Ramazanov (52 kq), Mehman Xəlilov (57 kq), Murad Rəcəbli (90 kq) və Mətləb Məmmədov (100 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Röyal Dünyamalıyevin qalib olduğu 57 kq çəki dərəcəsi Avropa Oyunlarının proqramına daxil edilmiş çəki dərəcəsidir.



Reytinq: