» » Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb


Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb

12-01-2015, 15:02
Oxunub: 649
Çap et
Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb

Futbol üzrə Əfqanıstan milli komandasının baş məşqçisi Məhəmməd Karqar bıçaqlanıb. milliyyet.az-ın Report.az-a istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis dörd nəfərin hücumuna məruz qalıb.
İnsident Karqarın Kabildəki evində baş verib. Hücumun motivi hələlik məlum deyil. Polis araşdırma aparır. Hazırda xəstəxanada olan baş məşqçinin vəziyyəti sabit qiymətləndirilir.
Qeyd edək ki, Məhəmməd Karqar Əfqanıstan yığmasına 2008-ci ildən rəhbərlik edir. Onun başçılığı altında yığma 2013-cü il Cənubi Asiya çempionatının qalibi olub.



Reytinq: