» » Messi məşqlərə gəlmədi: "Ya mən, ya baş məşqçi"


Messi məşqlərə gəlmədi: "Ya mən, ya baş məşqçi"

7-01-2015, 18:42
Oxunub: 769
Çap et
“Barselona”nın ulduzu Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında qalmaqal böyüyür
Messi məşqlərə gəlmədi: "Ya mən, ya baş məşqçi"
milliyyet.az xeber verir ki , La Liqanın son turunda "Barselona"nın “Real Sosedad”a 1-0 hesabı ilə məğlub olduğu oyuna start heyyətdə başlamayan Messi buna ciddi şəkildə etiraz edib. Etiraz o həddə çatıb ki, Messi komandanın məşqinə belə gəlməyib.

Baş məşqçi isə Messinin bu addımına cavab olaraq onu cəzalandırmaq istəyib. Lakin komandanın digər futbolçuları İniesta və Xavi baş məşqçini bu fikrindən daşındırıb. Onlar bu cəzanın veriləcəyi təqdirdə problemin daha da böyüyəcəyi haqda Luis Enrikeyə xəbərdarlıq ediblər. Baş məşqçi bundan sonra fikrindən daşınıb.

Lakin Messi bu məsələdən xəbər tutub. Ulduz futbolçu klub rəhbərliyinə "ya mən, ya Luis Enrike" xəbərdarlığını edib. İspan radiosu "Cadena Cope"nin məlumatına görə klub rəhbərliyi Messiyə L.Enrikenin göndəriləcəyi sözünü verib.



Reytinq: