» » Bakı 2015-də Avropanın ulduz çüdoçuları yarışacaqlar


Bakı 2015-də Avropanın ulduz çüdoçuları yarışacaqlar

25-06-2015, 02:43
Oxunub: 545
Çap et
Səkkiz çəki dərəcəsində 47 ölkədən 230 kişi cüdoçu mübarizə aparacaq.

Bakı 2015-də Avropanın ulduz çüdoçuları yarışacaqlarBu gün birinci Avropa Oyunlarında cüdo yarışlarının növbəti gününə start veriləcək.

ANS PRESS-in məlumatına görə, cüdo yarışlarının ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxacaqlar.

Kişilərin cüdö yarışları 25-27 iyun tarixində keçiriləcək. Heydər Əliyev Arenasında tamaşaçılar 47 ölkədən səkkiz çəki dərəcəsində 230 cüdoçunu görə biləcəklər.

Gün 1 (Cümə axşamı, 25 iyun)
Kişilər 60 kq
Rusiya ilk oyunda qızıl medal qazana bilər. Belə ki, bu il yalnız doqquz oyundan birində məğlub olmuş Avropa çempionu Beslan Mudranov da burada iştirak edir. Onun yolunda 2013-cü il çempionu gürcüstanlı Amiran Papinaşvili var ki, onu da o 2014-cü il Monpelyerdə keçirilmiş Avropa Çempionatının final görüşündə məğlub edib. Onunla Bakıda yarımfinalda qarşılaşa bilər. Burada həmçinin, ev komandasının ümidi Orxan Səfərov da vardır ki, o da Mompelyerdə yalnız Rusiyalı idmançı tərəfindən məğlub edildiyindən bürünc medal qazanıb.

Kişilər 66 kq
Bu çəki dərəcəsində Rusiya komandasının ümidi, Mixail Puyayevdir. O, keçən il Dünya Çempionatının iştirakçısı olub, amma o, keçən il keçirilmiş Avropa Çempionatının qalibi Loik Korval və iştirakçı David Larose Fransa cütlüyünün oyununu gözləməlidir. Pulyayev Larose tərəfindən yarımfinalda məğlub edildikdən sonra bürünc medal qazanıb.



Reytinq: