» » Ramos "Real Madrid"dən imtina etdi


Ramos "Real Madrid"dən imtina etdi

24-06-2015, 12:50
Oxunub: 774
Çap et
İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Ramosla razılığa gələ bilməyib.
Ramos "Real Madrid"dən imtina etdi
İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Ramosla razılığa gələ bilməyib.

milliyyet.az-ın məlumatına görə, bu barədə "Kral Klubu"na yaxın "Marca" qəzeti yazıb. İddialara görə, İspaniya yığmasının müdafiəçisi qüvvədə olan müqavilənin uzadılması haqqında razılıq verməyib.

"Kral klubu"nun prezidenti Florentino Peres 29 yaşlı futbolçuya ildə 7,5 milyon avro həcmində maaş təklif edib. Amma təcrübəli futbolçu bu təklifi qəbul etməyib. Ramos ildə 10 milyon avro almaq istəyir. İspan futbolçunun klubu ilə 2017-ci il ilə qədər müqaviləsi var.

Serxio Ramosun xidmətlərindən İngiltərənin "Mançester Yunayted" klubu da yararlanmaq istəyir. İngiltərənin 20 qat çempionu Ramos üçün "Real Madrid"ə 30 milyon avro və ispan qapıçı David de Xeanı təklif etməyə hazırlaşır.



Reytinq: