» » İki futbolçu Hafkanı atıb getdi


İki futbolçu Hafkanı atıb getdi

5-01-2015, 17:07
Oxunub: 1068
Çap et
İki futbolçu Hafkanı atıb getdi

“Baglan Qrup” şirkətlər qrupunun sahibi, Hafka kimi tanınan milyarder Hafiz Məmmədova məxsus “Bakı” klubunda gərginlik davam edir.


Azərbaycan Premyer Liqasında ilk yarının bombardiri Nurlan Novruzov "Bakı" klubunun düşərgəsinə qoşulmayıb.

milliyyet.az bildirir ki, klubdan Report.az-a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin mövsümün növbəti hissəsinə hazırlıq məqsədilə bu gündən başlanan məşqə qatılmamasının səbəbi bilinmir.

N.Novruzov hazırlıq prosesindən kənarda qalma səbəbini nə məşqçilər korpusu, nə də rəhbərliyə deyib. Futbolçunun maliyyə problemləri ucbatıdan klubu tərk etdiyi deyilir.

Bundan başqa, Türkiyənin “Qaziantep Böyükşəhər Bələdiyyəspor” klubu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilən Rəhman Hacıyev də ilk məşqdə iştirak etməkdən imtina edib. Klubdan hər iki futbolçuya qarşı daxili nizam-intizam qaydalarına uyğun tədbir görüləcəyi bildirilsə də, klubun aşkar durumu bundan sonra da futbolçuların düşərgəni tərk edəcəyini göstərir.

Komandada davam edən daxili böhran, maliyyə problemləri son bir neçə ayda futboçuların birtərəfli qaydada klubu tərk etməsinə səbəb olub.

Digər tərəfdən, komandaya 4 yeni futbolçu qoşulub. Bunlar “Sumqayıt”ın futbolçusu Taqim Novruzov, “Rəvan”ın yarımmüdafiəçiləri Kamil Nurəhmədov və Ramazan Abbasov, eləcə də Azərbaycan millisinin sabiq hücumçusu Murad Hüseynovdur. Hüseynovun son klubu icarə əsasında çıxış etdiyi Rusiya “Daqdizel”i olub. Bu futbolçuların “Bakı”da qalıb-qalmayacağına baş məşqçi İbrahim Uzuncanın qərarından sonra aydınlıq gələcək.

Qeyd edək ki, Nurlan Novruzov Premyer Liqanın 18 turu ərzində 9 qol vurub. Onunla Azərbaycanın aparıcı klublarının maraqlandığı bildirilir.



Reytinq: