» » 4 qat dünya və Avropa çempionu finalda


4 qat dünya və Avropa çempionu finalda

15-06-2015, 17:12
Oxunub: 625
Çap et
4 qat dünya və Avropa çempionu finalda“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən avarçəkmə yarışlarında milli yığma komandamızın üzvü, kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko uğurla çıxış edərək finala vəsiqə qazanıb.

İdmançımız 200 metr məsafəni qətetmə yarışının ilkin mərhələsində 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finala vəsiqə qazanıb.

Digər təmsilçimiz İnna Radomska-Osipenko 200 metr məsafədə ilkin mərhələni uğurla adlayıb. Məsafəni 41,968 saniyə nəticə ilə qət edən avarçəkənimiz ikinci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna Radomska-Osipenko kinci yürüşdə çıxış edəcək.

Digər idmançımız Mirnazim Cavadov isə kayakla 200 metr məsafəni qətetmə yarışında çıxış edib. O, 36,298 saniyə nəticə ilə 7-ci olub. Bu nəticə ona yarımfinala adlamağa imkan verib. Mirnazim Cavadov saat 16:40-da başlayacaq yarımfinal yarışında qüvvəsini sınayacaq. (Azərtac)



Reytinq: