» » "Neftçi"nin son rəqibi müəyyənləşdi


"Neftçi"nin son rəqibi müəyyənləşdi

5-01-2015, 11:41
Oxunub: 616
Çap et
"Neftçi"nin son rəqibi müəyyənləşdi


Yanvarın 11-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi"nin son rəqibi müəyyənləşib.

milliyyet.az bildirir ki, Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq çərçivəsində "ağ-qaralar" son yoxlama görüşünü ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış "Petrolul" klubuna qarşı keçirəcək. Oyun yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" Antalyada təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama matçında qüvvəsini sınayacaq.



Reytinq: