» » Ronaldo yenə ilin ən yaxşı futbolçusu oldu


Ronaldo yenə ilin ən yaxşı futbolçusu oldu

30-12-2014, 16:11
Oxunub: 723
Çap et
Ronaldo yenə ilin ən yaxşı futbolçusu oldu


"Globe Soccer Awards” 2014-cü ilin ən yaxşılarını seçib.

milliyyet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən mükafatlandırma mərasiminda UEFA prezidenti Mişel Platini başda olmaqla, bir çox ulduz futbolçu iştirak edib.

Tədbirdə bütün mükafatları "Real"ın üzvləri qazanıb.

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo ilin ən yaxşı futbolçusu seçilib. O, 2011-ci ildə də bu mükafatı qazanıb.

Ən yaxşı baş məşqçi Karlo Ançelotti, ən yaxşı komanda adına isə "Real" layiq görülüb.

Kolumbiya millisinin və "Real"ın yarımmüdafiəçisi X.Rodriqes 2014-cü ilin tapıntısı olub.

Madrid klubunun prezidenti Florentine Peres isə ən yaxşı klub prezidenti seçilib.



Reytinq: