» » ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi


ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi

7-05-2015, 10:00
Oxunub: 843
Çap et
Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdimilliyyet.az-ın Apasport.az-a istinadən məlumatına görə, İspaniyanın Barselona şəhərində eyniadlı komanda Almaniya “Bavariya”sını qəbul edib.

Qarşılaşma “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxacaqdı. Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyük hesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasında idi. 2012/13 mövsümündə yarımfinalda qələbə qazanan (4:0, 3:0) “Bavariya” həmin vaxt olduğu kimi yenə yarışın qalibi olmaq arzusundadır. Artıq Almaniya çempionu adını təmin edən “Bavariya” bütün gücünü qitənin ən nüfuzlu klub turnirinə səfərbər edibsə, ispaniyalılar həm daxili, həm beynəlxalq arenada mübarizəni davam etdirir.Bir az qabağa gedərək qeyd edək ki, vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandası ilə mübarizə Qvardiola üçün uğurlu olmadı.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də 45 dəqiqə boyunca səssizlik pozulmadı. İkinci hissəyə meydan sahibləri daha fəal başladılar. Bir neçə epizodda hesabı açmağa yaxın olsalar da bəzi hallarda "Bavariya"nın qapıçısı Noyer, bəzən isə qeyri-dəqiqlik buna mane oldu. 76-cı dəqiqədə isə hətta Noyer də Messinin qarşısını ala bilmədi - 1:0. Qonaqlar özünə gəlməmiş Messi dublunu rəsmiləşdirərək komandasını bir az da rahatlatdı.
Oyuna əlavə olunmuş dəqiqələrdə Neymarın vurduğu qol isə darmadağını rəsmiləşdirdi.
Beləliklə, "Barselona" öz meydanında böyük hesablı qələbə qazanaraq cavab qarşıalşması üçün üstünlük əldə etdi.

Qeyd edək ki, yarımfinalın ilk oyununda “Yuventus” (İtaliya) “Real”ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 3:0
Qol: Messi, 76, 80, Neymar, 90+3

Yazar
Lent.az Oxunub
943 dəfəTarix
07.05.2015 / 01:56





Reytinq: