» » Millimiz bu stadionda oynayacaq


Millimiz bu stadionda oynayacaq

8-04-2015, 16:41
Oxunub: 546
Çap et
Millimiz bu stadionda oynayacaqNorveç yığması ilə keçirəcəyimiz səfər oyunu Ullevaal stadionunda baş tutacaq
Azərbaycan millisinin növbəti matçını keçirəcəyi stadionun adı açıqlanıb.

milliyyet.az-ın ANS PRESS-ə istinadla verdiyi məlumata görə, Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyunu Ullevaal stadionunda baş tutacaq.

Millimiz Norveç yığması ilə iyunun 12-də, Oslo şəhərindəki stadionda qarşılaşacaq.

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan sonra Xorvatiya yığması ilə üz-üzə gələcək. Həmin matç isə sentyabrın 3-də Bakıda baş tutacaq.



Reytinq: