» » Ronaldo azarkeşləri təhqir etdi


Ronaldo azarkeşləri təhqir etdi

17-03-2015, 16:24
Oxunub: 839
Çap et
Ronaldo azarkeşləri təhqir etdi

Ulduz futbolçu Kriştianu Ronaldo İspaniya liqasında “Levante” ilə keçirilən qarşılaşmada “Real Madrid” klubunun azarkeşlərini təhqir edib. milliyyet.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzetinə istinadən məlumat yayıb. Hadisə görüşün 81-ci dəqiqəsində baş verib. Ronaldo qarşılaşmada uğursuz çıxışına görə azarkeşlər tərəfindən fitə basılıb. Ronaldo isə onlara qeyri-etik ifadələrlə cavab verib. Həmin an kameralara tuş gəlib. Ronaldo və klub rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyib. Qeyd edək ki, görüş “Real Madrid”in 2-0 qələbəsi ilə bitib. - See more at: http://axar.az/news/46779#sthash.5G7ThbZA.dpuf



Reytinq: