» » İdmançımız dünya kubokunda qızıl medal qazandı


İdmançımız dünya kubokunda qızıl medal qazandı

28-02-2015, 17:56
Oxunub: 754
Çap et
İdmançımız dünya kubokunda qızıl medal qazandıGəncəli paralimpiyaçı Macarıstanda keçirilən cüdo üzrə Dünya Kubokunda qızıl medal qazanıb
Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir. milliyyet.az Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki,, Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib.
Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq çəki dərəcəsində 4 görüşə çıxıb. O, bir-birinin ardınca İtaliya, Venesuela, Ukrayna və Özbəkistandan olan rəqiblərinə qalib gəlib.

Ramil Qasımov - Dünya Kubokunun qalibi: “Məşqçilərin məsləhətinə uyğun olaraq Dünya Kubokunda iştirak etdim. Əsas rəqiblərim yarışda iştirak edirdilər. Onların hamısına qalib gəlib birinci yerə çıxdım”.

Ramil Qasımov 1 saylı Uşaq Gənclər İdman Məktəbindən iki növ üzrə əməkdar məşqçi Əli Hacıyevin yetirməsidir.

Əli Hacıyev - Cüdo və sambo üzrə əməkdar məşqçi: “Ümummilli liderimizin bir kəlamı var. İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci elə bir vasitə yoxdur. Ramil bu kəlama sadiqdir. Hər bir yarışda himnimizi səsləndirib, bayrağımızı dalğalandırır”.

Gəncəli tatami ustası ötən il dünya çempionu olmaqla 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Ramil buna kimi Pekində düzənlənən Yay Olimpiya Oyunlarının iştirakçısı olub.



Reytinq: