Azərbaycan Avropa Oyunlarına gələcək bütün xarici idmançıların xərclərini ödəyəcək » Milliyet.Az

Azərbaycan Avropa Oyunlarına gələcək bütün xarici idmançıların xərclərini ödəyəcək

Azərbaycan Avropa Oyunlarına gələcək bütün xarici idmançıların xərclərini ödəyəcəkMOK-un vitse-prezidenti bəyanat verdi.

Azərbaycan birinci Avropa Oyunlarında iştirak etmək üçün ölkəyə gələcək bütün 50 dövlətin olimpiya yığmalarının nəqliyyat və digər xərclərini öz üzərinə götürəcək. milliyyet.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə haqqin.az-a bildirib.

Eyni zamanda Britaniyanın The Guardian məlumat yayıb ki, Britaniya Olimpiya Assosiasiyası Bakıda Avropa Oyunlarına 160 atlet göndərəcək ki, bu da, ötən il Soçi Olimpiya Oyunlarına göndərilən idmançıların sayından üç dəfə çoxdur, deyə, sayt yazır.

Missiyanın ilk Avropa Oyunlarındakı rəhbəri Mark İnqlandın sözlərinə görə, komandannın nəqliyyat xərclərinin böyük hissəsi təşkilatçılar, yəni Azərbaycan tərəfindən ödəniləcək.
  • Sosial şəbəkədə paylaş