» » Rumıniya Avropa Oyunlarına 300 nəfərlə gəlir


Rumıniya Avropa Oyunlarına 300 nəfərlə gəlir

18-02-2015, 19:22
Oxunub: 510
Çap et
Rumıniya Avropa Oyunlarına 300 nəfərlə gəlir

milliyyet.az Big.az-a istinadən xəbər verir ki, Bolqarıstan millisinin ardınca Rumıniya yığması da I Avropa Oyunlarına gətirəcəyi heyətin sayını açıqlayıb. Rumınlar iyunun 12-28-da Bakıda keçiriləcək yarışa 300 nəfərlik nümayəndə heyəti ilə gələcəklər.

Bunların 200 nəfəri idmançı, digər 100-ü məşqçi və personal üzvləri olacaq.

Rumıniyanın Milli Olimpiya Komitəsinin prezidenti Alin Petraçe bu sayın genişliyindən danışaraq, məqsədlərini açıqlayıb: "Təşkilatçıların səyləri sayəsində Rumıniya belə yarışlarda iştirak tarixinin ən böyük nümayəndə heyətinə malik olacaq. Biz istəyirik ki, Bakıdakı Avropa Oyunlarında yüksək əyarlı mükafatlar uğrunda mübarizə aparaq. Məqsədimiz orada xeyli sayda medal qazanmaqdı".

Rumıniyanın gənclər və idman naziri Qabriela Sabo da Bakıya təkcə iştirak üçün gəlməyəcəklərini vurğulayıb: "Əminəm ki, möhtəşəm nəticələrdən məmnun qalacağıq".

Qeyd edək ki, Bolqarıstan yığması Azərbaycana 109 idmançı ilə gələcəyini açıqlamışdı.



Reytinq: