» » Millimizin üzvü əməliyyat olundu


Millimizin üzvü əməliyyat olundu

11-12-2014, 11:56
Oxunub: 591
Çap et
Millimizin üzvü əməliyyat olundu


Azərbaycan milli komandası və "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub.

milliyyet.az Publika.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

Travmatoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.


Qeyd edək ki, Azərbaycan millisinin heyətində AÇ-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydı zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı



Reytinq: